«Bank «ABB-Moskva»nın istiqrazları MBVB FB-da satılmağa başlayıb
16 iyul 2013-cü ildə MBVB-nin Fond Birjasında siyahıdankənar qiymətli kağızlar bölməsində «Bank «ABB-Moskva»nın istiqrazları (ГРН 40103395В, 19.12.2012-ci il) ilə hərrac başlayıb.
3 mlrd rubl həcmində istiqrazlar 20 iyun 2013-cü ildə 1,5 illik oferta ilə 3 ildən sonra ödənilmə şərti ilə yerləşdirilib. Üç ilk kuponun dərəcəsi 10,75% olub.
Bu buraxılışa Fitch Ratings-dən milli valyutada uzunmüddətli «ВВ» (sabit) reytinqi verilib.
"ABB-Moskva" 24 yanvar 2002-ci ildə təsis edilib və 100% xarici kapitallı rezident bankdır. Onun səhmlərinin 100%-i ABB-yə məxsusdur. «Bank «ABB-Moskva» universal bankdır və Rusiyanın ən iri maliyyə-kredit təşkilatlarının ТОР150-ə daxildir. 1 iyul 2013-cü ildə aktivləri 30,6 mlrd rubl, kredit portfeli 2,62 mlrd rubl olub. Moody's Investor Service «Bank «ABB-Moskva”ya B3 kredit reytinqi verib. Moody's Interfax isə banka milli şkala ilə uzunmüddətli Baa3.ru reytinqi verib. --15D--
-
- Siyasət
- 17 İyul 2013 12:07
-
- İqtisadiyyat
- 17 İyul 2013 15:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz