Bank aktivlərinin çoxu kreditlərdir
Mayın 1-i üçün bankların aktivləri 29 mlrd 238,4 mln manat (1 yanvarla müqayisədə +16,1%) olub.
Mərkəzi Bankın məlumatına əsasən, kredit portfeli daha çox paya malikdir - 18 mlrd 994,9 mln manat (+10,6%) və ya aktivlərin 65%-i. Müxbir hesablarında 2 mlrd 725,4 mln manat (+49%) və ya 9,3%, nağd vəsait 1 mlrd 206,8 mln manat (+14,6%) və ya 4,1%, investisiyalar 2 mlrd 634,3 mln manat (+20,5%) və 9% olub.
Maliyyə sektoruna verilən kreditlər və depozitlər 1 mlrd 308,1 mln manat (+28,5%) və ya 4,5%, başqa aktivlər 2 mlrd 368,9 mln manat (+23,2%) və ya 8,1% olub.
Bankların öhdəlikləri mayın 1-i üçün 24 mlrd 971 mln manat (+18,8%) və ya passivlərin 85, 4%-i qədər olub. --17D—
-
- İqtisadiyyat
- 11 İyun 2015 16:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz