Aptek işbazları manatla cəzalanacaq
Dərman preparatlar vahid tariflərin tətbiqi sahəsində cərimə sanksiyaları ilə bağlı təkliflər hazırlanıb. Cərimələrin üst həddi 50 min manat olacaq.
İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib ki, vahid tariflərin tətbiqi araşdırmalara əsaslanır. Satılan dərmanların arasında elələri var ki, baza ölkəsində çox ucuz satılır, burda qiyməti bir neçə dəfə (Turan bu yaxınlarda yazmışdı ki, belə ölkələrin sayı ondur) artırılır.
Onun sözlərinə görə, qiymətlərə tətbiq olunan maksimal 20 faizdir. Ancaq dərmanların qiyməti artdıqca tətbiq olunan faizlər aşağı düşür. Dərmanların qiymətləri sosial əhəmiyyət kəsb edən məsələdir. “Hesab edirik ki, dərmanların qiymətlərində əhəmiyyətli enmələr baş verəcək”.
Tarif Şurasının katibi İlkin Məcidov dərman preparatlarının ucuzlaşacağını anons edib. «10 ixracatçı ölkə məlumdur. İndi əsas məsələ vahid tariflərin tətbiqidir, - onlar İqtisadiyyat və Sənaye Nazirliyi, Tarif Şurası və Səhiyyə Nazirliyinin saytında dərc ediləcək», - deyə məmur bildirib.
Azərbaycanda 4,5 mindən çox dərman preparatı qeydiyyata alınıb. Ona görə ilk növbədə tariflər əsas dərmanlar üzrə müəyyən ediləcək. Tarifi özbaşına dəyişən və ya qablarda qiyməti göstərməyənlər ciddi cəzalandırılacaq, - deyə o bildirib. --17D—
-
- Cəmiyyət
- 11 İyun 2015 16:29
-
- İqtisadiyyat
- 11 İyun 2015 17:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz