Bank «BTB» Mərkəzi Banka olan borcunu azaldıb
Bank “BTB” 2016-cı ili 786 min manat həcmində zərərlə başa vurub.
Turan məlumat verir k, 2016-cı ildə bankın aktivləri 2015-ci illə müqayisədə 30 mln. 459 min manat və ya 14,43% artaraq 241 mln. 508 min manat təşkil edib.
Hesabat dövründə bankın öhdəlikləri 43 mln. 140 min manat və ya 27% artaraq 202 mln. 508 min manat təşkil edib.
Bankda depozitlər 15 mln. manat və ya 19,3% azalaraq 65 mln. 942 min manat təşkil edib. Bunun 58 mln. 779 min manatı xarici valyutadadır.
Hüquqi şəxslərin tələbli depozitləri 1 mln. 723 min manat, fiziki şəxslərinki 6 mln. manatdır.
Bankda fiziki şəxslərin 58 mln. 218 min manat həcmində müddətli depoziti var.
Hesabat dövründə Bank “BTB” Azərbaycan Mərkəzi Bankına borcunu 38 mln. 110 min manatdan 30 mln. 900 min manatadək azaldıb.
Bu müddətdə bankın kapitalı 24,7% və ya 12 mln. 680 min manat azalaraq 38 mln. 622 min manat təşkil edib. 71D
-
- İqtisadiyyat
- 11 Fevral 2017 13:10
-
- İqtisadiyyat
- 11 Fevral 2017 13:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz