Metallurgiya sənayesi obyektləri şəhərlərdən kənara çıxarıla bilər
Nazirlər Kabineti fevralın 6-da “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin başvermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları” barədə qərar (https://goo.gl/qklwDh) qəbul edib. Sənəddə metallurgiya sənayesi obyektlərinin şəhərlərdən, xüsusən Bakıdan kənarda, sənaye zonasında yerləşdirilməsi təklif edilir.
Metallurgiya sənayesi müəssisələrinin ərazisi kifayət qədər geniş sahəni əhatə edir. Müəssisə daxilində yanğının baş verə biləcəyi sahəyə yanğınsöndürmə bölmələrinin hansı vaxtda çatması giriş yollarının sayı və vəziyyətindən asılıdır.
Qərarda qeyd edilir ki, bir sıra mövcud və yeni metallurgiya sənayesi müəssisələrində texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmur.
Qeyd edək ki, Bakıda bir neçə metallurgiya sənayesi müəssisəsi var. Onların ən böyüyü “Baku Steel Company” MMC-dir. Bu müəssisədə tez-tez insan ölümü və bədbəxt hadisələrlə müşayiət edilən partlayışlar olur.
“Baku Steel Company” MMC-də Turan-ın poladəritmə zavodunun Bakıdan kənara çıxarılması planı barədə sualına cavab verməyiblər. 08D
-
- İqtisadiyyat
- 11 Fevral 2017 13:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz