Gürcüstan ilə Azərbaycan arasında sərnişin daşıyan taksiçilər xüsusi icazə almalıdır
Bu gün Azərbaycanla Gürcüstan arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib. Tərəflər Gürcüstan və Azərbaycan ərazisində “qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən avtodaşıyıcılara qarşı mübarizə məqsədilə” yeni növ icazə blanklarının tətbiqi barədə razılığa gəlib, deyə
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Razılıq Azərbaycanla Gürcüstan arasında sərnişin və yük daşımalarının artan həcmi fonunda əldə edilib.
2016-cı ildən Azərbaycanda avtomobillə sərnişin daşınmasına lisenziya ləğv edilib. Daşıyıcıların vergi ödənildiyini təsdiq edən fərqlənmə nişanı olması yetərldiir. 08D
-
- İqtisadiyyat
- 11 Fevral 2017 13:10
-
- İqtisadiyyat
- 11 Fevral 2017 13:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz