Bank BTB son səhm buraxılışından 72%-i yerləşdirib
"Bank BTB" ASC 3,125 mln manatlıq səhmləri çərşənbə günü Bakı Fond Birjasında yerləşdirib.
Nominalı 1 min manat olan 3 min adi sənədli adlı səhmin emissiyası mayda qeydiyyata alınıb. Birjanın məlumatına görə, bütün səhmlər iki əqd çərçivəsində (iki investor) satılıb. Anderrayter "Unicapital" ASC-dir.
Bu günə elan edilən emissiyanın 72,5%-i (26,375 mln manat) yerləşdirilib. Qanunvericiliyə əsasən, səhmlərin yarısı yerləşdirilərsə, emissiya baş tutmuş sayılır. Beləliklə, ödənilmiş nizamnamə fondu 36,965 mln manata çatıb.
Bankın əsas səhmdarı (75%) Mehdiyev Nigar İsmayıl qızıdır (qeyri-rəsmi məlumata görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin gəlini). Qalan səhmlər 2 fiziki şəxs arasında bölünüb. --15B--
-
- İqtisadiyyat
- 7 Noyabr 2013 14:57
-
- Siyasət
- 7 Noyabr 2013 15:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz