Bank of Azerbaijan bayram günlərində də işləyəcək
Bank of Azerbaijan “Milli Bayraq günü” bayramı münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edir. Bank bayram günlərində də müştərilərinə xidmət etməkdə davam edəcək.
Bankın məlumatında deyilir ki, noyabrın 09-dən 10-dək Bakı şəhərində 18 saylı filial, regionlarda isə “Sumqayıt” və “Gəncə” filialları saat 13.00-dan 22.00 - dək müştərilərə xidmət göstərəcək. 11 noyabr bank üzrə istirahət günüdür.
Hazırda Bankın 19 filialı və şöbəsi var. Bunun 8-i regionlardadır. --15D--
-
- Siyasət
- 8 Noyabr 2013 15:31
-
- İqtisadiyyat
- 8 Noyabr 2013 15:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz