Oktyabrda gömrük mədaxili azalıb
Oktyabr ayında gömrük xidməti dövlət büdcəsinə 122 682,1 min vergi və rüsum təmin edib. Bu, sentyabrdakından 1 256 min manat və ya 1,1% azdır.
İlin əvvəlindən Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 134,4 mln manat köçürülüb. Bu, ötən ilkindən 14,8% (146,6 mln manat) çoxdur.
DGK-nın məlumatına görə, mədaxilin 71,3%-i ƏDV-dir (633,3 mln manat). Ötən illə müqayisədə bu növ üzrə yığım 22% artıb. Gömrük rüsumu yığımı 189,5 mln manat olub. Bu, ötən ilin eyni dövründən 6,5 mln manat və ya 3,3% azdır.
Bu il DGK xətti ilə büdcəyə yığım proqnozu 1,2 mlrd-dan 1 380 mln manata artırılıb. Gələn il bu göstərir 1 510 mln manat (+ 130 mln manat), o cümlədən ƏDV 1 070 mln, rüsum 330, aksizlər 90 mln, yol vergisi 20 mln manat olacaq. 08B
-
- İqtisadiyyat
- 8 Noyabr 2013 15:34
-
- Siyasət
- 8 Noyabr 2013 16:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz