Bank of Azerbaijanın bağlanmasının səbəbi
Azərbaycan Mərkəzi Bankı (AMB) ilk dəfə bank lisenziyasını başqa səbəbdən ləğv edib. Əvvəllər səbəb kimi kapital yetərsizliyi göstərilirdisə, “Bank of Azerbaijan” ASC-nin lisenziyası başqa səbəblə ləğv edilib. Bu dəfə səbəb kimi məcmu kapitalın minimum məbləği tələbinə əməl edilməməsi, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olması, kreditorlar qarşısında öhdəliklərini icra edilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə edilməməsi göstərilib.
AMB-nin məlumatına görə, banka müvəqqəti inzibatçı təyin olunub. AMB bildirir ki, “Bank of Azerbaijan” ASC-də Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
“Bank of Azerbaijan” 1993-cü ildə «Rabbatbank» kimi fəaliyyətə başlayıb.
1998-ci ildə «Ish Bankasi Azerbaycan» olub. Bankın sahibləri Baghlan Group Azerbaijan prezidenti Hafiz Məmmədovun ailə üzvləridir. Səhmdarlar onun oğlu Kənan Məmmədov (43,63%) və Sənan Məmmədov (43,63%), qardaşı Mübariz Məmmədov (12,07%) və NEM Holdinqdir (0,67%). --17D—
-
- Cəmiyyət
- 20 Yanvar 2016 12:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz