Bank of Bakuda rəhbərlik dəyişib
“Bank of Baku” ASC-nin rəhbərliyində dəyişiklik edilib. Müşahidə Şurası Abbas İbrahimovu İdarə Heyətinin yeni sədri seçilib
Bankdan verilən məlumata görə, İbrahimov bu gündən etibarən yeni səlahiyyətlərinin icrasına başlayacaq.
O, “Bank of Baku” “ailəsində” yeni deyil – burda fəaliyyətinə 2005-ci ildə başlayıb. 2010-cu ildən bankın İdarə Heyəti sədrinin müavini, pərakəndə sahə üzrə İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Abbas İbrahimovu bu vəzifədə Fərid Hüseynovu əvəz edib. F.Hüseynov peşəkar fəaliyyətinə digər maliyyə qurumunda davam edəcək.
“Bank of Baku” 1994-cü ildə yaradılıb Bankın səhmdarları 3 hüquqi və 2 fiziki şəxsdir. Onlardan biri Hikmət İsmayılov bu yaxınlarda əvvəllər Rafiq Əliyevə (sabiq iqtisadiyyat naziri Fərhad Əliyevin qardaşı) məxsus olan 21,11% səhmi alıb. --17D—
-
- İqtisadiyyat
- 1 May 2015 15:08
-
- İqtisadiyyat
- 1 May 2015 15:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz