SOCAR 2017-ci ilə kimi Bakını QDM ilə əhatə etmək istəyir
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 1,5 il ərzində bütün Bakını qazdoldurma məntəqələri ilə əhatə etmək istəyir, deyə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
O bildirib ki, ilk qazdoldurma məntəqəsi “Baku Bus” şirkətinin avtobus deposu ərazisində tikilib: “Hazırda SOCAR Zabrat qəsəbəsi ərazisində ikinci qazdoldurma məntəqəsini tikir. Planlarımıza 1,5 il ərzində bütün Bakını qazdoldurma məntəqələri ilə əhatə etmək daxildir. Gələcəkdə ölkənin iri şəhərlərarası magistral yollarının hər 180 kilometrində qazdoldurma məntəqələri tikəcəyik”, deyə o qeyd edib.
SOCAR yaxın gələcəkdə neft məhsulları satışında maye qazın payını 30-35%-ə çatdırmaq istəyir.
Qeyd edək ki, SOCAR 2013-cü ilin dekabrında (o vaxt neft məhsulları 32% bahalanıb) hökumətə “Daxili bazarda neft məhsullarına tələbatı azaltmaq haqqında” layihə təqdim edib. Layihədə ictimai və kommersiya nəqliyyatının tədricən maye qaza keçməsi təklif edilir. Nəticədə, əvvəla, yanacaq istehlakı azalır, ikincisi, yanacağın ekoloji növü, üçüncüsü yanacaq xərclərinin azalması xidmət haqqının bahalanmasına şərait yaratmayacaq. Nəhayət, sərbəst qalan dizel yanacağını xarici bazarda daha baha satmaq olar.
Amma proses zəif gedir, əminlik yoxdur ki, proqnozlaşdırılan vaxta - 2017-ci ilin əvvəlinə kimi real olsun. –12С--
-
- İqtisadiyyat
- 1 May 2015 15:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz