İcbari Sığorta Bürosunun üzvləri apreldə AVSMMİS üzrə 1,9 min tələbi təmin edib
Apreldə İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri 1 min 899 tələb üzrə 2 mln 401,72 min manat sığorta ödənişi edib.
Ödənişlər avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrədir. Bunun çoxu (2 mln 43,66 min manat) avtonəqliyyat vasitəsinə dəyən ziyana görə, 87,06 min manat əmlaka dəyən ziyana görə, 66 min manat sağlamlığa dəyən ziyana görə, 205 min manat ölüm faktına görədir.
Üçüncü şəxslərə ümumi məbləği 10,75 min manat olan 3 kompensasiya da edilib. -17D—
-
- İqtisadiyyat
- 1 May 2015 15:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz