Bank Silk Way nizamnamə kapitalını üçdə bir artırır

"Bank Silk Way" nizamnamə kapitalını 23,54 mln manat və ya 33,5% artıraraq 93,73 mln manata çatdırır.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, nominalı 138 manat olan 170,590 adi sənədsiz adlı səhmin emissiyası cümə axşamı qeydiyyata alınıb. Emissiya prospektinə əsasən, yerləşdirmə Bakı Fond Birjasında kütləvi yerləşdirmə yolu ilə olacaq. 

Bankın ödənilmiş nizamnamə fondu 70,19 mln manatdır. Səhmdarları "Silk Way Airlines" MMC və iki fiziki şəxsdir. --15B--

 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti