Bank Silk Way ziyana düşüb
“Bank Silk Way” ASC 2016-cı ilin I yarısında 429 min manat ziyana düşüb. Bunu texniki itki saymaq olar, çünki mümkün aktiv ziyanı üzrə ayırmalarla bağlı yaranıb.
Bankın hesabatına əsasən, I yarımildə mümkün itkilərlə bağlı 7 mln 124 min manat ehtiyat yaradılıb. Deyilən dövrdə Bank Silk Wayin əməliyyat gəlirləri 6,7 mln manat olub.
2016-cı ilin I yarısında bankın valyuta ticarətindən gəlirlıəri 3,7 mln manat olub.
İyulun 1-i üçün bankın aktivləri 364,4 mln manat olub. Bunun 346,2 mln manatı müştərilərə verilən kreditdir. Kreditlərin 193,8 mln manatı xarici valyuta ilədir.
Bank bu dövrdə 148,2 mln manat depozit cəlb edib. Bunun 132,8 mln manatı xarici valyuta ilədir.
2015-ci ildə bankın gəlirləri 32,4 mln manat, xalis mənfəəti 1,5 mln manat olub.
Bankın səhmdarlarının 106,6 mln manat kapitalı var. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz