Bank sisteminə zərbə
Milli manatın fevral devalvasiyasından (- 34,5%) özünə gəlməyən Azərbaycanın Bank sistemi bu gün növbəti şok terapiyası alıb (- 48%).
Bankirlər Mərkəzi Bankın qeyri-populyar tədbiri barədə məlumatlandırılıb, ancaq bundan onların işi asan olmayıb. Bütün kredit portfeli (noyabrın 1-ə olan vəziyyətə görə, banklar və qeyri-bank kredit təşkilatları 18 mlrd 566,4 mln manat verib) dollar və avroya bağlıdır, ona görə də problemli kreditlər kredit strukturlarının üzərində daha böyük yük kimi asılacaq.
Bundan əlavə, özəl istehsal, o cümlədən aqrar sənaye sahəsi dayanacaq, tikinti, ticarət və xidmət sahəsi alıcılıq qabiliyyətinin düşməsi səbəbindən daha da passiv olacaq, Dövlət Statistika Komitəsi isə inflasiyanın məqbul səviyyəsi barədə hesabat verə bilməyəcək. --17D—
-
- İqtisadiyyat
- 21 Dekabr 2015 15:09
-
- İqtisadiyyat
- 21 Dekabr 2015 15:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz