İlin sonu üçün hasilatda müsbət nəticələr gözlənilir - proqnoz
2015-ci ilin yanvar-noyabrında Azərbaycanda 38 mln 262,5 min ton neft hasil edilib. Bu, ötən ilin eyni dövründəkindən 0,4% və ya 120,4 min ton azdır, deyə Dövlətstatkom bildirir.
2014-cü ilin yanvar-noyabrında bu göstərici 38 mln 382,9 min ton olub.
Turan-ın hesablamasına görə, noyabrda 3 mln 285,3 min ton neft və ya sutkada 109,5 min ton neft hasil edilib.
Bu il ən yüksək hasilat pktyabrda olub - 3 mln 598,2 min ton (sutkada 859 min barrel).
Noyabrdakı azalmaya səbəb “Çıraq” yatağındakı özüldə təmir işləri ilə bağlıdır. 10 noyabr – 10 dekabrda özüldə hasilat olmayıb. Dayanmaya qədər özüldə sutkada 48 min barrel neft çıxarılırdı.
Hasilatın noyabr səviyyəsi göstərir ki, 2015-ci ildə neft hasilatı ən azı 41,7 mln ton olacaq. Bu, 2014-cü ildəkindən 200 min ton azdır. BP-Azerbaijan (neft və kondensat hasilatının 80%-i təmin edir - Turan) şirkətinin 3 özüldə modernləşdirmə işləri apardığını nəzərə alsaq, bu, pis göstərici deyil. —12А--
-
- İqtisadiyyat
- 21 Dekabr 2015 15:16
-
- Siyasət
- 21 Dekabr 2015 15:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz