- İqtisadiyyat
- 21 Dekabr 2015, 15:09
- 171
Bank BTB nizamnamə kapitalını artırır
«Bank BTB» 2 mln manat məbləğində əlavə emissiya buraxır.
Bakı Fond Birjasından verilən məlumata görə, yeni emissiya uğurla başa çatdırılarsa Bankın nizamnamə kapitalı 52 milyon manata çıxacaq. Səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı isə 2 000 ədəddir.
Anderrayter «Invest-AZ» ASC-dir. Yerləşdirmə müddəti 2 aydır.
«Bank BTB» 2010-cu ildə yaradılıb. Nizamnamə kapitalı 50 mln manatdır. --17D—
-
- İqtisadiyyat
- 21 Dekabr 2015 15:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz