Birbaşa xarici investisiyaların 90%-i Azərbaycanın neft-qaz sektoruna cəlb edilib
Mərkəzi Bankın (AMB) saytında yerləşdirilən ödəmə balansında deyilir ki, 2015-ci ilin üç rübü ərzində Azərbaycan iqtisadiyyatına 5,7 mlrd dollar həcmində birbaşa xarici investisiya cəlb edilib, bütün investisiyaların 88,2%-i neft sektorunun payına düşüb.
2014-cü ilin yanvar-sentyabr ayralrı ilə müqayisədə Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar 1,72% azalıb. Müqayisə üçün: 2014-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 5,8 mlrd dollar olub.
Bu investisiyalar Azərbaycan ərazisində əsasən BP-nin layihələri çərçivəsində aparılan iri neft-qaz işlərinin maliyyələşdirilməsinə yönəldilib: “Şahdəniz-2”-in işlənilməsi və “Azəri-Çıraq-Günəşli” yataqlarının dəniz blokunda aparılan işlər.
Mərkəzi Bankın qiymətləndirməsinə görə, qeyd olunan müddətdə qeyri-neft sektoruna cəlb edilən birbaşa investisiyalar 678 mln dollar yaxud ölkə iqtisadiyyatına cəlb edilən investisiyaların ümumi həcminin 11,8% olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20,7% azdır. 2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların həcmi 855 mln dollar olub. –12D—
-
- İqtisadiyyat
- 21 Dekabr 2015 14:47
-
- İqtisadiyyat
- 21 Dekabr 2015 15:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz