Bank Standard-ın kapitalı yanvar-dekabrda 18,2% azalıb
"Bank Standard" QSC-nin aktivləri 2012-ci ilin yanvar-dekabrında 16% artaraq 799,35 mln manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 530,23 mln manata artıb.
Depozit portfeli 538,97 mln manat təşkil edib. Bunun 427,91 mln manatı müddətli müştəri əmanətləridir.
Balans kapitalı 12,7 mln manat və ya 18,2 % azalaraq 57,23 mln manat olub. Ödənilmiş nizamnamə fondu 75 mln manat səviyyəsində qalıb. Bankın gəlirləri 80,14 mln manat təşkil edib.
2011-ci il III rübün sonundan bank xərclərini və məcmu kapitalının səviyyəsini gizlədir. --15B--
-
- Siyasət
- 7 Fevral 2013 14:14
-
- İqtisadiyyat
- 7 Fevral 2013 14:43
İqtisadiyyat
-
11 yanvar tarixində Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın Serbiyaya Şahdəniz yatağında texniki problemlər səbəbilə gündəlik 1,7 milyon kubmetr qaz tədarükünün dayandırılması barədə bildiriş göndərdiyini açıqlayıb.
-
Türkiyənin Aksa Doğalgaz şirkəti, Kazancı Holdinqin bir hissəsi olaraq, Bursagaz və Kayserigaz qazpaylayıcı şirkətlərini almaq üzrə müqavilə prosesinin tamamlandığını elan edib. Bu şirkətlər 2019-cu ildən etibarən SOCAR Türkiye Energy AS-in (STEAS) tərkibində fəaliyyət göstərirdi, deyə Aksa Doğalgaz məlumat verib.
-
Nazirlər Kabineti, ölkənin milli kimliyini və mədəni dəyərlərini əks etdirən yaradıcı əsərləri təşviq etmək məqsədilə dövlət sifarişi ilə istehsal edilən filmlərin müəllifləri üçün minimum qonorar məbləğlərini müəyyən edən yeni qaydalar qəbul edib.
-
Azərbaycana çayın idxalı artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabrında çay idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə həcmcə 3. 3 faiz artaraq 12 min 893 ton, dəyər baxımından isə 4.5 faiz yüksələrək 67 milyon 715 min ABŞ dolları təşkil edib.
Rəy yaz