Bank Technique-ın növbədənkənar iclası
Dekabrın 4-də “Bank Technique” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Gündəlik açıqlanmır. Amma aydındır ki, həbsdən qayıdan Müşahidə Şurasının sədri Etibar Əliyev kadr və maliyyə siyasətinə diqqət yetirəcək.
«Bank Technique» 1994-cü ildə yaradılıb, 2012-ci ilin I rübünə kimi (o vaxt təsisçi həbs edilib) çətinliyi olmayıb. Ona görə biznesi əlindən alınıb və 19 iyun 2013-cü ildə BFB-də 48 mln 565 min manat məbləğində əqd bağlanılıb.
QKDK-nın tələbinə zidd olaraq alıcı barədə informasiya veriməyib. Turan-ın məlumatına görə, söhbət Adil Məmmədovun nəzarət etdiyi «World Wines» 75% səhmindən gedir. Hesabatda qeyd ediirdi ki, 23 aprel 2013-cü ildə «World Wines» ilə «Beaufort Investissements SA» arasında bankın səhmlərinin alınması barədə əqddən gedir. Həmin ilin 10 mayında Lüksemburq şirkəti 10 mln 355 min manatlıq ilk üzvlük haqqı ödəyib. 31 mart 2009-cu ildə Lüksemburqda qeydiyyatdan keçən «Beaufort Investissements SA»nın Azərbaycan kökləri var. Bu ölkənin reyestrində (http://opencorporates.com/companies/lu/B145413) Azərbaycandan bir neçə ad var.
Həmin ilin aprelində bankın digər səhmdarları 25% səhmdən 11,58% (7500 ədəd) səhmi satıb. 10% «Kazimir Caspian Fund Limited»ə, 15% Etibar Əliyevə məxsus olub. --17D—
-
- İqtisadiyyat
- 4 Noyabr 2015 14:23
-
- İqtisadiyyat
- 4 Noyabr 2015 14:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz