Bakıda Xəzər texniki konfransı işə başlayıb
Bakıda Fairmont otelində Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) II İllik Xəzər Texniki konfrans və sərgisi öz işinə başlayıb. отеле в Баку.
Üç günlük tədbirdə 700-dən çox beynəlxalq və yerli neft şirkətinin, hökumət orqanlarının, servis şirkətlərinin, elmi müəssisələrin və digər təşkilatların təmsilçiləri iştirak edirlər.
Açılışda çıxış edən SOCAR I vitse-prezidenti Xoşbəxt Yusifzadə neft yataqlarının işlənməsində və sənayedə nanotexnologiyaların vacibliyini qeyd edib.
ВР vitse-prezidenti Martin Smit təkcə Xəzər regionu yox, bütün dünyada neft-qaz sənayesinin üzləşdiyi çətinliklərdən danışıb. Amm o nikbindir və hesab edir ki, indiki çətinlikləri yeni texnologiyalarla aradan qaldırmaq olar.
SPE açılış ərəfəsində təlimlər keçirib, iştirakçılara analoqu olmayan informasiyalar çatdırıb.
Sonrakı 3 gündə konfrans iştirakçıları məşhur spikerlərin çıxışını dinləyəcək, texniki proqramlarla tanış olacaq, həmkarları ilə təmaslar quracaq. Tədbir SOCAR, BP, Energetika və Təhsil Nazirliyinin tərəfdaşlığı və dəstəyi ilə təşkil edilib.
Sponsor qismində Baker Hughes, Caspian Geophysical, Chevron, ENGIE, ExxonMobil, Halliburton, INPEX, Nobel Oil, Petronas, Schlumberger, Statoil, TCO, Total və UKTI iştirak edir.
I İllik Xəzər Texniki konfrans və sərgisi keçən il Astana şəhərində (Qazaxıstan) keçirilib.–0-
-
- İqtisadiyyat
- 4 Noyabr 2015 14:11
-
- İqtisadiyyat
- 4 Noyabr 2015 14:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz