Bank Technique səhmdarların yığıncağı keçirəcək
“Bank Technique" ASC-nin (keçmiş Texnika Bank) səhmdarları bu il noyabırın 20-də növbədənkənar ümumi yığıncağ keçirəcəklər.
Bankdan bildirilib ki, tədbir saat 11:00-da baş ofisdə (Atatürk prospekti, 1107) keçiriləcək. Tədbirin gündəliyi barədə heç bir məlumat verilmir.
Xatırladaq ki, ötən ilin əvvəlində o zamankı Texnika Bank-ın yüksək vəzifəli şəxsləri (Müşahidə Şurasının sədri və bankın səhmdarı da daxil olmaqla) həbs olunublar. Maydan avqusta kimi bir neçə növbədənkənar toplantıda İdarə Heyətinin, Müşahidə Şurasının və Auditor Komitəsinin tərkibləri yenilənib, “Texkart” ASC və “Texnikalizinq” MMC törəmə strukturlarının rebrendinqinin keçirilməsi qərara alınıb.
Məlum proseslərə qədər bankın 75% səhmi “World Wines” özəl firmasına, 15% Müşahidə Şurasının sədri Etibar Əliyevə və 10% “Kazimir Caspian Fund Limited” şirkətinə məxsus olub..—15D--
-
- Siyasət
- 18 Oktyabr 2013 13:38
-
- İqtisadiyyat
- 18 Oktyabr 2013 13:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz