Bank VTB-Azərbaycan Müşahidə Şurasının yeni tərkibini seçəcək
Bank VTB (Azərbaycan)-ın səhmdarları aprelin 29-da Müşahidə Şurasının yeni tərkibini seçəcək.
Bankın Mətbuat xidmətindən verilən məlumata görə, səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinin yeganə məsələsi MŞ tərkibinin seçilməsidir.
Hazırda MŞ 6 nəfərdən ibarətdir və 2013-cü ildən ona Vasili Titov rəhbərlik edir.
Bank VTB (Azərbaycan) ASC 2009-cu ildən fəaliyyət göstərir. Səhmdarları Bank VTB (Rusiya) – 51%, ООО “AtaHolding”- 48,99% və Əşrəf Kmilovdur – 0,01%.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu da Bank VTB-nin (Rusiya) səhmdarıdır. Fond nominalı 0,01 rubl olan 381 913 414 634 ədəd səhm sahibidir. Bu, nizamnamə kapitalının 1,11%-dir. ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Bank VTB-nin (Rusiya) Müşahidə Şurasının üzvüdür. 08D
-
- Siyasət
- 17 Mart 2016 16:34
-
- İqtisadiyyat
- 17 Mart 2016 16:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz