Bank VTB (Azərbaycan) son səhm buraxılışının yerləşdirməsini başa çatdırıb
Azərbaycan Mərkəzi Bankının qərarı ilə 01.01.2015 tarixindən bankıların minimal məcmu kapitalı 50 mln manat olmalıdır. Buna əməl etmək üçün Bank VTB (Azərbaycan) nominalı 0.2 manat olan 135 000 000 adi sənədsiz adlı səhmin əlavə emissiyası barədə qərar verib.
Səhm buraxılışı 25.07.2013-cü ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində AZ 1002004146 nömrəsi ilə qeydiyyata alınıb.
Səhm iki dəfəyə yerləşdirilməli idi. Birinci mərhələdə bankın səhmdarlarına üstünlük hüququ tanınıb. İkinci mərhələdə (birinci mərhələdə yerləşdirmə tam baş tutmasa) istənilən şəxs almaq hüququ əldə edir.
Yerləşdirilən səhmlər I mərhələdə alınıb. Beləliklə, səhm emissiyası başa çatıb və emissiya hesabatı 25.11.2013-cü ildə qeydiyyata alınıb.
Bankın ümumi səhm sayı emissiyadan sonra 254 075 000 ədədə çatıb.
Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdar kapitalı Rusiya tərəfi – Bank VTB ASC (69%) və Azərbaycan tərəfi – “AtaHoldinq” ASC (31%) arasında bölüşdürülüb. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bank 4 filial və 1 baş ofislə təmsil olunur. .—15D--
-
- İqtisadiyyat
- 2 Dekabr 2013 13:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz