Bankların portfelində kreditlər azalır
I yarımildə bankların aktiv əməliyyatlarının 72,15%-i kreditlər olub.
Bu il iyulun 1-i üçün bank kreditləşməsi ilin əvvəli ilə müqayisədə mövqeyini əldən verib. İlin əvvəlində o, 73,53% idi.
Bankların ümumi kredit portfeli 16 mlrd 285 mln olub. İlin əvvəlində bu göstərici 14 mlrd 989,8 mln manat idi.
Bank aktivləri 1 iyul üçün 22569,8 mln manata çatıb. Yanvarın 1-də o, 20385,1 mln manat, ötən il yanvarın 1-də isə 16530,4 mln manat təşkil edib. --17D—
-
- İqtisadiyyat
- 8 Avqust 2014 13:06
-
- Siyasət
- 8 Avqust 2014 13:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz