İyulda istehlak qiymətləri 0,7% düşüb
Bu ilin iyulunda istehlak qiymətləri ucuzlaşmaqda davam edib, rəsmi olaraq 0,7% deflyasiya qeydə alınıb.
Ötən ay may və iyunda olduğu kimi mövsümi amillə bağlı ərzaq məhsullarının qiymətləri ucuzlaşıb (orta hesabla 2%). Mövsümi meyvələrdən başqa (alma, alça, gavalı, şaftalı) bostan bitkilərinin, kələmin, xiyarın, pomidorun, badımcanın, bibərin, göy lobyanın, soğanın, sarımsağın, kartofun qiyməti ucuzlaşıb. Ət, süd və günəbaxan yağı cüzi ucuzlaşıb.
İyulda bir sıra ərzaq mallarının (düyü, un, kərə yağı, yumurta, limon, şabalıd, göyərti, kök, çuğundur şəkər və şəkər tozu) istehlak qiymətləri bahalanıb. İyulda hava və dəmiryolu sərnişindaşıma tariflərində və eləcə də beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub. 08D
-
- İqtisadiyyat
- 8 Avqust 2014 13:04
-
- İqtisadiyyat
- 8 Avqust 2014 13:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz