Bankomatların və pos-terminalların sayı azalıb
2016-cı il fevralın 1-i üçün Azərbaycanda banklar tərəfindən 2,573 min ədəd bankomat quraşdırılıb. Bu, ötən ilin əvvəlinə olan göstəricidən 4,5% azdır.
Mərkəzi Bankdan (AMB) verilən məlumata görə, bunun 1,424 min ədədi Bakıda (azalma 5,2%), 1,149 min ədədi (azalma 3,6%) regionlarda quraşdırılıb.
Xüsusilə fevral ayının əvvəli üçün pos-terminalların sayı 78,452 min ədəd (azalma 2,3%) təşkil edib. Bakıda 45,675 min ədəd (azalma 6,7%), regionlarda 32,777 min ədəd (artım 4,5%) pos-terminal var. Artım Avropa Oyunlarının keçirilməsi ilə bağlı olub.
Pərakəndə ticarət obyektlərində 77,123 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,3%-i quraşdırılıb. --17D—
-
- Cəmiyyət
- 11 Mart 2016 14:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz