BankVTB-Azərbaycan müştərilərinin müddətli manat əmanətləri 79% artıb
Bank VTB (Azərbaycan)-ın fiziki şəxslər üzrə manat əmanət portfeli 2016-cı ilin əvvəlindən 15 dekabr tarixinədək 72% artıb, deyə bankın məlumatında bildirilir.
Turan-ın məlumatına görə, əmanətlərin strukturunda ən böyük artımı müddətli əmanətlərdə olub: ilin əvvəlindən 15 dekabr tarixinə pərakəndə müştərilərin manat əmanətləri üzrə artım 79,4% təşkil edib.
Bank VTB (Azərbaycan) müddətindən və faizlərin ödəmə şərtlərindən asılı olaraq müştərilərinə illik 15 -17% yüksək gəlirliliyi olan əmanət məhsulları təklif edir.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. 71D
-
- İqtisadiyyat
- 5 Yanvar 2017 10:53
-
- Cəmiyyət
- 5 Yanvar 2017 12:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz