Bazar ertəsi AİF son buraxılış istiqrazların ilk partiyasını satışa çıxaracaq
14 oktyabr 2013-cü ildə Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) 5 mln manat həcmində faizli sənədsiz, təminatsız, adlı istiqrazlarının yerləşdirilməsi başlayacaq.
AİF-in məlumatına görə, istiqraz satışı açıq abunə yolu ilə olacaq. On illik kağızlar satışa 100% qiymətlə qoyulacaq. Tələb təklifdən çox olsa, bütün sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların yerləşdirilməsinin ilkin təşkilatçısı kimi AMB çıxış edəcək. Fond bu qurumun nəzdində fəaliyyət göstərir.
Fondun 20 mln manatlıq adlı istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2013-cü ilin sentyabrında qeydiyyata alınıb. İstiqrazların nominal qiyməti 1 000 manat, faiz dərəcəsi illik 3%, silinmə tarixi 23 avqust 2023-cü ildir. Bu satışa çıxarılan ilk partiyadır. 2009-2012-cu illərdə Fond 55 mln, 75 mln və 60 mln, 20 mln, 30 mln və 40 mln manatlıq emissiyalar yerləşdirib. --15D--
İqtisadiyyat
-
2024-cü ilin dekabr ayında Azərbaycanda İstehlak Qiymətləri İndeksi (İQİ) ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% artıb, əsasən ərzaq və içkilərin qiymət artımı bu artıma səbəb olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi İQİ 104,9% təşkil edib, burada ərzaq məhsulları, içkilər və tütün üzrə 5,5%, qeyri-ərzaq məhsulları üzrə 2,4% və əhaliyə göstərilən pullu xidmətlər üzrə isə kəskin 6,3% artım qeydə alınıb.
-
2024-cü ildə Azərbaycan, Energetika Nazirliyinin açıqladığı ilkin məlumata əsasən, 29.1 milyon ton neft (kondensat daxil olmaqla) hasil edib ki, bu da 2023-cü ildəki 30.2 milyon tondan azdır.
-
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2024-cü ildə orta illik inflyasiya sabit olaraq 2.2% səviyyəsində qalıb. Bu, qlobal meyllərlə müqayisədə daha aşağı qiymət artımı dövrünü göstərir. Lakin sektorlardakı fərqliliklər daxili siyasət tədbirləri və xarici təsirləri əks etdirir.
-
Azərbaycanın iqtisadiyyatı gələn illərdə də artımını davam etdirəcək, lakin ING Qrupu və Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozları bərpa sürətinə dair bir qədər fərqli baxışlar təqdim edir. Niderlandın ən böyük bank qurumu olan ING Qrupu, Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) müsbət artımını proqnozlaşdırır, BMT isə daha optimist bir görünüş təklif edir.
Rəy yaz