Bank Respublikanın MasterCard kart sahibləri Çempionlar Liqasının oyununu canlı izləmək şansı qazanır
Bank Respublika-nın MasterCard kartlarının sahibləri “MasterCard ilə alış-veriş edin, övladınız üçün qiymətsiz mascot təcrübəsi qazanın və UEFA Çempionlar Liqası oyununu canlı izləyin!” adlı lotereyada iştirak edir.
31 oktyabr 2013-cü ilədək davam edəcək kampaniya çərçivəsində POS terminallarla MasterCard və ya Maestro vasitəsilə əməliyyat keçirənlər UEFA Çempionlar Liqasının 10.12.2013-cü ildə İstanbulda keçiriləcək “Qalatasaray” –“Yuventus” cavab oyununa 2 nəfərlik hədiyyə paketi qazanmaq şansı əldə edir.
Hədiyyə paketinə 2 dəvətnamə (biri qalib müştəri üçün, digəri isə qalib müştərinin özüylə apara biləcəyi 7-9 yaş arası 1 uşaq üçün), 2 nəfərlik 1 gecəlik oteldə qalma və transfer xərcləri də daxil olmaqla 2 nəfərlik Bakı-İstanbul gediş-gəliş aviabileti daxildir. Lotereyada 3 qalib müəyyən ediləcək.
Bank Respublika MasterCard International ödəniş sisteminin kartlarını pulsuz və illik xidmət haqqı almadan təklif edən ilk banklardandır.
Plastik kartları Bankın filiallarında və internet səhifəsində on-layn sifariş etmək olar.—15D--
-
- İqtisadiyyat
- 11 Oktyabr 2013 14:57
-
- Siyasət
- 11 Oktyabr 2013 15:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz