Beş ayda Neft Fondu "Şahdəniz"dən $158 mln əldə edib
2007-ci ildən bu il iyunun 1-dək Neft Fondunun “Şahdəniz" yatağının işlənməsindən gəlirləri $2 mlrd 278 mln
Fondun məlumatına görə, 2015-ci ilin yanvar-mayında “Şahdəniz" layihəsi çərçivəsində ARDNF-yə $158,2 mln, o cümlədən mayda $41 mln daxil olub.
Turan xatırladır ki, 2014-cü ildə Neft Fondunun “Şahdəniz" yatağının işlənməsindən gəlirləri $523 mln, ilin I yarısından $296 mln olub.
Gəlirlərin azalmasına bir neçə amil təsir edib: əvvəla, neftin ucuzlaşması ilə bağlı kondensat 45% ucuzlaşıb. İkincisi, qazın ixrac qiyməti 7-9% ucuzlaşıb. Üçüncüsü, “Mərhələ 2” çərçivəsində xərclər artdığı üçün mənfəət azalıb.
“Şahdəniz" yatağının ehtiyatları 1,2 trln kubmetr qiymətləndirilir. Yatağın işlənməsi barədə saziş 1996-cı ildə imzalanıb. Türkiyəyə qaz ixracı 2007-ci ildə başlayıb.
İştirakçıların pay bölgüsü belədir: BP - operator (28,8%), TPAO (19%), Petronas (15,5%), SOCAR (10%), LUKoil (10%), NICO (10%) və SGC Upstream (6,7%).
1 aprel 2015-ci il üçün Fondun aktivləri ilin əvvəlinə ($37 104,1 mln) nisbətən 5,86% azalaraq $34 930,5 mln olub. –12В--
-
- Foto sessiyalar
- 3 İyul 2015 14:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz