Beynəlxalq reytinq AzRe-yə sığorta haqlarının yarıdan çoxunu xaricdə formalaşdırmağa imkan verib
Bu il iyunun 1-i üçün AzRe Təkrarsığortаnın hesabında 35 mln 953 min manat var. Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) şirkətin İH sədri Fuad Quliyev bildirib ki, bu, ümumi yığımın (207 mln 626 min manat) 19,3%-dir.
Bu, «Pasha Insurance»ın göstəricisindən çoxdur. Ötən ilin iyunundakı rekordu isə 5% keçib. İlin sonuna kimi yığımı iki dəfə artırmaq planlaşdırılır.
Şirkət portfelinin 45%-i yerli bazarda formalaşdırır, 55% beynəlxalq reytinq xarici bazarların payına düşür. Reytinq alandan sonra AzRe Yaxın Şərq, Qazaxıstan, Özbəkistan, RF, Belarus,Ukrayna bazarlarına da çıxıb.
2014-cü ildə AM Best agentliyi AzRe Təkrarsığortаya BBB- kredit reytinqi, B+ maliyyə sabitliyi reytinqi verib. --17D—
-
- İqtisadiyyat
- 3 İyul 2015 15:33
-
- İqtisadiyyat
- 3 İyul 2015 15:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz