Beynəlxalq inspeksiya şirkətinin fəaliyyəti dayandırılıb
Dövlət Akkreditasiya Xidməti “SGS Azeri LTD”-nin inspeksiya orqanının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Eləcə də tikinti materiallarının keyfiyyət göstəricilərinin təyini üzrə sınaq laboratoriyasının və neft, qaz və kimya məhsullarının sınaq laboratoriyasının akkreditasiya attestatlarının qüvvədə olma müddətinin dayandırılması barədə qərar verib.
Qərar 15-17 mart 2017-ci il tarixlərində “SGS Azeri LTD” MMC inspeksiya orqanında DAX tərədindən keçirilən inspeksiya nəzarətinin nəticələri əsasında qəbul edilib, deyə aprelin 7-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.
Yoxlama zamanı şirkətin inspeksiya orqanında idarəetmə sisteminin olmadığı müəyyən edilib. Bir sıra öılçmə vasitəsi, Səngəçal Sənaye Parkında istifadə edilən heç bir ölçmə vasitəsi dövri yoxlamaya təqdim edilmədən istismar edilib.
Hələlik “SGS Azeri ltd” MMC DAX-ın bu addımı ilə bağlı şərh verməyib. 08D
-
- İqtisadiyyat
- 7 Aprel 2017 13:18
-
- Cəmiyyət
- 7 Aprel 2017 13:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz