Beynəlxalq Sığorta Şirkətindən bir neçə dəqiqəyə polis
«Beynəlxalq Sığorta Şirkəti» internet vasitəsilə yeni xidmətə başlayıb.
BSŞ-nin məlumatına görə, xarici ölkələrə səfərə gedən şəxslər səyahət sığortası şəhadətnaməsini vaxt itirmədən, dünyanın hər bir nöqtəsindən, bir neçə saniyə ərzində əldə edə bilərlər. Bunun üçün sadəcə internetdən yararlanaraq, günün 24 saatı və həftənin 7 günü ərzində Şirkətin www.iic.az internet səhifəsinə daxil olub, lazım olan sığorta paketini seçmək lazımdır. Müştəri tərəfindən internet səhifəsində təqdim olunan forma doldurulduqdan və hesablanmış sığorta haqqı bank kartları vasitəsi ilə ödənildikdən bir neçə saniyə sonra, hazırlanmış sığorta şəhadətnaməsi onun elektron ünvanına göndərilir. Müştəri həmin şəhadətnaməni elektron daşıyıcılara köçürə və ya tələb olunan yerə təqdim edilməsi üçün çap edə bilər.
Yeni xidmətin özəlliyi ondan ibarətdir ki, sığorta şəhadətnaməsi alarkən, müştərinin Şirkətin əməkdaşları ilə təmasda olmasına ehtiyac qalmır.
Nizamnamə kapitalı 14,8 mln manat olan Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildən fəaliyyət göstərir və hazırda müştərilərinə 32 sığorta növü üzrə sığorta xidmətləri təqdim edir. --17D—
-
- Siyasət
- 13 Aprel 2016 14:13
-
- İqtisadiyyat
- 13 Aprel 2016 14:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz