“Bakı Fond Birjası” QSC-nin (BFB) sədri dəyişdirilib. Son illər birja rəhbərləri vəzifədə çox qalmır və öz arzuları ilə gedirlər.
Amin Muradovu bundan əvvəl Milli Depozit Mərkəzinin İH sədri olmuş Fariz Əzizov əvəz edib. Muradov bu vəzifədə 11 ay çalışıb. Bu, son 3 ildə dördüncü İH sədridiir.
Bakı Fond Birjası çox az fon institutlarındandır ki, birja indeksi və birja listinqi yoxdur. Birjanın kotirovkasında bir neçə maliyyə institutunun və 1 tikinti şirkətinin istiqrazları var.
BFB 2000-ci ildən fəaliyyət göstərir. Ödənilmiş nizamnamə kapitalı 1 260 000 manatdır. Səhmdarları 21 struktur, o cümlədən İstanbul Fond Birjasıdır. BFB 2012-2013-cü illərdə mənfəəti səhmdarlar arasında bölməyib. AZN 1.8 milyon məbləğində bölüşdürülməmiş mənfəət bank depoziti kimi saxlanılır.
BFB çox şəffaf olmayan informasiya siyasəti yürüdür. Illik hesabat 2010-cu ildən bəri açıqlanmır. Lanchester Universiteti (Britaniya) və Bakı Dövlət İqtisadiyyat Universitetinin məzunu Əzizovun 2011-ci ildən başçılıq etdiyi MDM də vəziyyət pisdir. Depozitar əmanətçilərinə elektron xidmətlərin təmin etmir, xidmət etdiyi şirkətlərin siyahısını açıqlamır. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz