BFB-də beynəlxalq maliyyə bazarlarında aktiv ticarət imkanları yaradılıb
Bakı Fond Birjası QSC (BFB) beynəlxalq maliyyə bazarlarında aktiv ticarət əməliyyatlarının aparılmasına imkan verən Meta Trader 4 ticarət platformasından istifadə və üçüncü tərəflərə təqdim etmək hüquqlarını əldə edib, deyə BFB-də Turan-a bildiriblər.
Bu platforma vasitəsiləBFB fərdi və institutsional investorlara bu platforma üzərindən FOREX ticarəti, həmçinin qiymətli metallar və digər əmtəələr üzrə fərq müqavilələrinin (CFD) bağlanılması imkanınını təklif edir. Təklif edilən yeni ticarət sistemi qabaqcıl texnoloji xüsusiyyətlərə malik olmaqla yanaşı, yerli maliyyə bazarları iştirakçılarının tələblərinə tam olaraq uyğunlaşdırılıb. Əməliyyatlar üzrə hesablaşmalar Azərbaycan daxilində aparılacaq.
İnvestorlar maliyyə alətləri ilə 5 gün 24 saat ərzində fasiləsiz ticarət etmək imkanı əldə edəcək. Ticarətin likvidliyi müvafiq market-meykerler tərəfindən təmin ediləcək. 08D
-
- Söz istəyirəm
- 3 Oktyabr 2013 16:48
-
- Siyasət
- 3 Oktyabr 2013 17:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz