BFB-də əqdlər üzrə hesabat
Bu ilin yanvarından mayınadək Bakı Fond Birjasında (BFB) əqdlərin ümumi həcmindən 84,05%-i derivativlər bazarının (törəmə alətlər) payına düşüb. Rəqəmlərdə bu 5 mlrd. 713 mln. 882,79 min manata qarşı 4 mlrd. 802 mln. 370,92 min manat edir. Törəmə alətlərin əksəriyyəti (4 mlrd. 732 mln. 413,73 min) valyuta əqdləridir. Qeyd edək ki, bu, ticarət meydançası üçün yenidir – ötən il mayın 1-dək bu cür əməliyyatlar həyata keçirilməyib.
Dövlət qiymətli kağızları ilə əməliyyatlar 20,7 dəfə azalıb, pul ifadəsində 14 mln. 914,88 min manat (azalma 20,7 dəfə) təşkil edib.
İnvestorların payına 101 mln. 84,28 min manat (azalma 6,9 dəfə) düşüb. Səhmlər ilkin bazarda 99 mln. 392,68 min manat (yeddi qat azalma), təkrar bazarda 1 mln. 691,62 min manat (+33,1%) təşkil edib.
Bazarın borc alətləri mayın 1-i üçün 716 mln. 263,02 min manat həcmində (artım 2 dəfə) dəyərləndirilib. 11 mln. 57,75 min manat Azərbaycan İpoteka Fondunun istiqrazlarının ilkin bazarda yerləşdirilməsinin, 583 mln. 170,66 min manat təkrar bazarda yerləşdirilməsinin payına düşüb.
Yanvardan maya qədər repo əməliyyatları 79 mln. 249,68 min manat səviyyəsində (azalma 43 dəfə) olub. --17D—
-
- İqtisadiyyat
- 12 May 2015 14:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz