BFB-də listinqə iki şirkət qəbul edilib
Bu gündən Bakı Fond Birjasının (BFB) kotirovka vərəqəsinə “Sahquluoglu” ASC-nin qiymətli kağızları daxil edilib. Bu, alternativ bazar seqmentində listinqə daxil edilməklə bağlı BFB Listinq Komitəsinin təqdir etdiyi ilk şirkətdir.
Birjanın məlumatına görə, hərraca “Sahquluoglu” ASC-nin 2 manat (bu qiymətli kağızların nominal dəyəri) dəyərində 6 036 səhmi buraxılıb. Bu şirkətin Ağstafa rayonunda lisenziyalaşdırılmış oteli var.
Fevralın 20-də “Baki Sigorta” şirkətinin fevralın 2-də emitasiya olunmuş 1316 səhmi açıq hərraca çıxarılacaq. Səhmlər onların nominalı üzrə - bir ədədə görə 760 manata təklif olunur.
Xatırladaq ki, yeni listinq qaydaları BFB-də fevralın 1-dən qüvvədədir. Birjanın kotirovka vərəqəsi üç səviyyədən ibarətdir.
BFB-də QK alternativ bazar seqmentində listinqə daxil edilmək üçün 200 manat həcmində haqq ödənilməlidir.08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz