BFB rəhbəri London investisiya konfransında
İngiltərə paytaxtında London İnvestorlar Konfransı keçirilir. Orada iştirak üçün ilk dəfə Bakı Fond Birjasının təmsilçisi dəvət edilib.
BFB-də Turan-a deyiblər ki, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Emin Əliyevin iştirakı dünyanın nəhəng investisiya şirkətlərindən biri olan Carlyle Group-un dəvəti ilə mümkün olub.
Səfər zamanı Carlyle Group şirkətinin top menecmenti ilə görüşlər keçirəcək, şirkətin qlobal investisiya və aktivlərin idarə edilməsi sahəsindəki qabaqcıl təcrübəsi ilə tanış olacaq. Bununla yanaşı, şirkətin yeni investisiya fondları ilə tanış olacaq. Carlyle Group-un fondları dünya investisiya fondları arasında gəlirliliyinə görə yüksək gəlirli və aşağı riskli fondlar hesab olunur.
“Carlyle Group” 1987-ci ildə ABŞ-da yaradılıb. Dünya üzrə 32 regional ofisə malikdir. O, 160 mlrd dollara yaxın aktivləri idarə edir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz