Bir aydan sonra "Royal Sığorta"nın mövcudluğu perspektivinə aydınlıq gələcək
"Royal Sığorta" şirkəti səhmdarların növbəti yığıncağına hazırlaşır.
Şirkətdə Turan-a deyiblər ki, tədbir aprelin 1-də Həsən Əliyev küçəsi, 90/A ünvanında olacaq. Yığıncaqda zəif maliyyə gsötəriciləri məsələsi (ötən il 80,49 min yığılıb, 2,5 min manat ödəniş edilib) müzakirə olunacaq.
Rəhbərliyin sözlərinə görə, vəziyyətdən çıxış yolu yeni regional filial və başqa nümayəndəliklərin yaradılmasında görülür.
Bundan başqa, şirkətin Direktorlar Şurasının sədri də təsdiq ediləcək.
«Royal Sığorta» 2011-ci ilin dekabrında lisenziya alıb. Şirkət İcbari Sığorta bürosuna üzvlük üçün müraciət edib. İlkin nizamnamə kapitalı 5,5 mln manatdır. Təsisçilərin tərkibinə Heydər Əliyevin qardaşı oğlu İlqar Əliyev, Famil Teymurov, Vüqar Şahbazlı, Şahbaz Şahbazov və "Royal Bank"ın Müşahidə Şurasının sədrinin oğlu Fuad Cam daxildir. --17D—
-
- Siyasət
- 1 Mart 2013 13:43
-
- İqtisadiyyat
- 1 Mart 2013 13:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz