Birbaşa xarici investisiyalar üçdə bir artıb
Bu ilin birinci rubundə olkə iqtisadiyyatına 3,6 milyard ABS dolları həcmində xarici investisiyalar yonəldilib, bunun yarısı birbaşa xarici investisiyalardır, deyə Dövlətstatkom bildirir.
Yanvar-martda Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 25,1% artıb. Maliyyə kreditləri xarici borcların 14,5%-i təşkil edir. Portfeli investisiyalarının xüsusi çəkisi 32,5% olub.
Hökumət və maliyyə institutları xaricdən $521,3 mln kredit alıb. Bu, bir il öncəkindən 3,1% çoxdur.
Azərbaycanda birbaşa xarici investisiyalar əsasən neft-qaz sektoruna qoyulub – $1,6 mlrd və ya birbaşa investisiyaların 86,3%-i.
Birinci rübdə birbaşa investisiyaların həcmi 34,6% artıb.
2013-cü ildə Azərbaycana xarici investisiyalar $6,3 mlrd təşkil edib. --08D—
-
- İqtisadiyyat
- 18 İyun 2014 13:50
-
- İqtisadiyyat
- 18 İyun 2014 14:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz