Mayda avtomobil idxalı 9% azalıb
Bu ilin mayında Azərbaycana 3 844 avtonəqliyyat vasitəsi idxal edilib. Bu, apreldəkindən (8 339) 9% azdır və 2008-ci il böhranından bəri ən aşağı göstəricidir.
Analitiklər azalmanı (əsasən minik avtomobilləri) bu il aprelin 1-dən yeni avro-4 ekoloji normasının tətbiqi ilə bağlayırlar. Bu tələblə bağlı işlənmiş avtomobillərin idxalı xeyli azalıb.
İlin 5 ayında ölkəyə xaricdən 30 576 avtonəqliyyat vasitəsi gətirilib. Bu, ötən ilin eyni dövründəkindən 23,1% azdır. İdxal strukturunda minik avtomobillərinin xüsusi çəkisi (27 444) 89,7% olub. 2013-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin tədarükü 8372 ədəd azalıb.
İlin əvvəlindən 151 avtobus (2013-cü ilin eyni dövründə 420), 2 765 (3 035) yük maşını və 216 (440) xüsusi texnika idxal edilib. 08D
-
- İqtisadiyyat
- 18 İyun 2014 13:18
-
- İqtisadiyyat
- 18 İyun 2014 13:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz