Birinci rübdə səhm bazarı təxminən 3 dəfə artıb
2013-cü ilin yanvar-mart aylarında Bakım Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əməliyyatlarının ümumi dövriyyəsi 1607,958 mln manat təşkil edib, bu da ötən ilin müvafiq dövründən 40% azdır.
BFB-nın məlumatına görə, hesabat dövründə dövlət qiymətli kağızlarının payına bütün əməliyyatların 94,9% həcmi düşüb.
Birja satışlarının həcminin azalması 41,9% azalan dövlət qiymətli kağızlar bazarının hesabına baş verib. İlkin not bazarında əməliyyatların dövriyyəsi 59,3% azalıb. Repo əməliyyatların həcmi 41,5% azalıb. Korporativ qiymətli kağızlar bazarı 52,7% artıb. İstiqrazların ilkin yerləşdirməsinə dair əməliyyatlar 1,3% artıb, istiqrazlarla təkrar əməliyyatlar 11,1% azalıb. Səhmlərin ilkin bazarı 2,9 dəfə, təkrar bazarı isə – 6,5 dəfə (birinci rübdə bu bazarda əməliyyatların həcminin dörddə üçü iki bankın payına düşüb) artıb. İlkin bazarda əməliyyatların sayı 18-dən 45-ə, ikinci bazarda 791-dən 805-ə qədər artıb. --15D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz