Birinci yarımildə Bank Standard ziyanla işləyib
"Bank Standard" ASC 2013-cü ilin I yarısında 3,35 mln manat ziyana düşüb. Bankın gəlirləri 43,13 mln manat, xərcləri 46,48 mln manat olub. Onlar müvafiq olaraq 30,6% və 14,3% artıb.
Bankın aktivləri 902,42 mln manat təşkil edib. Kredit portfeli 621,66 mln manata çatıb, istehlak kreditləri 23,3% azalaraq 107,29 mln manat olub.
Bankın ümumi öhdəlikləri 742,12 mln-dan 849,37 mln manata artıb. Depozit portfeli 606,55 mln manat olub. Bunun 495,95 mln manatı müddətli müştəri əmanətləridir.
Balans kapitalı 7,3% azalaraq 53,06 mln manat olub. Ödənilmiş nizamnamə fondu 75 mln manat səviyyəsində qalıb. --15B--
-
- İqtisadiyyat
- 19 Avqust 2013 17:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz