Manat resurslarının payı 84,1%-ə çatıb
2013-cü ilin iyununda pul kütləsinin həcmi 161,5 mln manat və ya 1,1% artaraq 14299,7 mln manat olub. Son 12 ayda iqtisadiyyatda manat vəsaitlərinin həcmi 2546 mln manat və ya 21,7% artıb.
AMB-nin məlumatına əsasən, bank sistemindən kənarda nağd pul həcmi iyunda 121,5 mln manat və ya 1,4% artaraq 9219,7 mln manat olub. Nağdsız manat həcmi 40 mln manat və ya 0,8% artaraq 5079,9 mln manat təşkil edib. Manat pul kütləsi strukturunda sonuncuların xüsusi çəkisi 35,5%-dək azalıb.
Hesabat dövründə geniş pul kütləsi göstəricisi 96,3 mln manat və ya 0,6% azalıb, il ərzində 17,1% artaraq 17013,1 mln manat olub.
Bank sistemində xarici valyuta kütləsinin həcmi iyunda 257,8 mln manat və ya 8,7% azalaraq 2713,5 mln manat ekvivalenti təşkil edib. İl ərzində xarici pul kütləsi 2,2% azalıb. Ümumi pul kütləsində manat resurslarının payı 84,1% təşkil edib. Bu, 2012-ci ilin 1 iyul göstəricisindən 3,2% çoxdur.
Pu bazasının ümumi həcmi iyunda 1,4%, il ərzində 18,3% artaraq 10329,9 mln manat olub. Hesabat dövründə manat pul bazası 151,9 mln manat və ya 1,5% artaraq 10265,2 mln manata çatıb. --15В--
-
- İqtisadiyyat
- 19 Avqust 2013 16:51
-
- Siyasət
- 19 Avqust 2013 17:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz