Birinci yarımildə kreditləşmə strukturu elan edilib
1 iyul 2014-cü il üçün bank və qeyri-bank kredit təşkilatlarının iqtisadiyyata kredit qoyuluşu 16 mlrd 754,8 mln manat (ilin əvvəlinə nisbətən +8,6%) olub.
Mərkəzi Bankın məlumatına görə, vaxtı keçmiş kredit həcmi 877,6 mln manat (+10,7%) və ya bütün kreditlərin 5,2%-i qədər olub. 1 iyul üçün Azərbaycan Beynəlxalq Bankı 5 mlrd 785,2 mln manat (+9,1%) və ya kreditlərin 34,5%-i, özəl banklar 10 mlrd 499,7 mln manat (+8,4%) və ya 62,7%-i verib.
Manatla kreditlər 12 mlrd 228,3 mln manat, xarici valyuta ilə kreditlər 4 mlrd 526,5 mln manat (+4,15%) olub. Ticarət və xidmət sahələrinə 2 mlrd 429 mln manat, energetika, kimya kompleksi və təbii ehtiyatlara 225,4 mln manat, kənd təsərrüfatı və emala 762,1 mln manat, tikinti və daşınmaz əmlaka 2 mlrd 283,1 mln manat və ya kreditlərin 13,6%-i qoyulub.
Sənaye və istehsal sektoruna 1 mlrd 965,8 mln manat, nəqliyyat və rabitəyə 586,8 mln manat yatırılıb.
Həmişə olduğu kimi ev təsərrüfatları liderdir – istehlak kreditləri 6 mlrd 819,9 mln manat (40,7%) olub. --17D—
-
- İqtisadiyyat
- 5 Avqust 2014 16:27
-
- Siyasət
- 5 Avqust 2014 16:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz