Birinci yarımildə MDM 671 mln manat aktivi saxlamaq üçün qəbul edib
Birinci yarımildə Milli Depozit Mərkəzi 671 mln manat qiymətli kağızı (əsasən sənədsiz) saxlamaq üçün qəbul edib. Beləliklə, MDM-də saxlanılan aktivlər 1 iyul üçün 7,1 mlrd manat olub.
MDM səhmdarlarının ümumi yığıncağında qeyd edilib ki, bu müddətdə 27 yeni emitentlə depozitar və reyestrin aparılması xidmətlərinin göstərilməsi barədə müqavilələr bağlanılıb. O cümlədən MDM-nin Mərkəzi Depozitara çevrilməsi üçün Post ticarət sisteminin təkmiləşdirilməsi üzrə tədbirlər planı hazırlanıb, bu planın icrası məqsədilə işçi qrup yaradılıb. Klirinq və hesablaşmaların MDM tərəfindən aparılması və Mərkəzi Bank vasitəsilə milli hesablaşmalar sisteminə inteqrasiya üzrə hüquqi və texniki bazanın hazırlanması işləri davam edir.
Yığıncaq QKDK-nın sədri Rüfət Aslanlının sədrliyi ilə keçirilib. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz