Birjadankənar bazar rekord vurur
Bu ilin iyununda Milli Depozit Mərkəzi investisiya qiymətli kağızların alqı-satqısı üzrə birjadankənar bazarda 26 əqd qeydə alıb. Onların ümumi həcmi 51 658 216 manat olub. Bu, həmin platformada ən yüksək göstəricidir.
Bakı Fond Birjasının məlumatına görə, əqdlərin əsas hissəsi maliyyə şirkətlərinin payına düşür. Bu, əsasən “Bank Technique” səhmlərinin 75%-dir (48 mln manat). BFB depozitarlardan alınan məlumat əsasında iyunda 597,4 min qiymətli kağız üzrə 49 760.2 min manatlıq əqd qeydə alıb. Sənaye şirkətlərinin payı 445 229 səhm (890 458 manat), başqa sahələrin payı 103 210 ədəddir (304 420 manat).
Azərbaycanda birjadankənar əqdlər və insayder əqdlər barədə detallı məlumat verilmir. Bu öhdəliyi üzərinə götürən BFB öz saytında bu məlumatları açıqlamır. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi isə prosesə nəzarət etmir. 08D
-
- Siyasət
- 8 İyul 2013 17:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz