BMTİP Azərbaycanda İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi layihəsində iştirak edəcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi ilə “Azərbaycan Respublikasında İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi” layihəsinin növbəti mərhələsinin birgə icrası barədə razılıq əldə edib.
Turan-ın məlumatına görə, Layihə çərçivəsində beynəlxalq təşkilatlarlarla (BMT İqtisadi və Sosial məsələlər üzrə Departamenti(UNDESA), BMT Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT Dövlət Administrasiya Şəbəkəsi (UNPAN), BMT Asiya və Sakit Okean Regionu üzrə Komissiyası(UNESCAP) və.s), eləcə də, Azərbaycanda yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, biznes dairələri ilə əməkdaşlıq nəzərdə tutulur.
Layihə çərçivəsində , “e-iştirak” üzrə milli bacarıqların artırılması, açıq hökumət məlumatları üzrə maarifləndirmə, “elektron hökumət” infrasturkturunun inkişafı və s üzrə əməkdaşlıq da planlaşdırılıb. 71D
-
- İqtisadiyyat
- 8 Noyabr 2016 12:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz